25 oktyabr 2018 23:33
2815

Neyrodegenerativ xəstəliklərin müalicəsi asanlaşıb

Son tədqiqatlara görə, alimlər tezliklə laboratoriyada tam insan beyni kimi işləyən beyin yaratmağa müvəffəq olacaqlar. Dünyada ilk dəfə Tafts Universitetinin alimləri uğurla insan hüceyrələrindən istifadə edərək insan beyninin üçölçülü modelini hazırlayıblar. Məqsəd bu vacib insan orqanında baş verə bilən anomallıqları dərindən öyrənməkdir.

Tədqiqatçılar gələcəkdə Parkinson, Alzeymer kimi xəstəlikləri olan insanların hüceyrələrindən istifadə etməyi və onların müxtəlif müalicə növlərinə reaksiyalarını yoxlamağı nəzərdə tuturlar.

Hazırlanmış beyin əsl insan beyninin bütün struktur və funksional xüsusiyyətlərini özündə daşıyır. Buna görə də beyin modeli bütün növ xəstəliklərin inkişafını, onların müalicəsini, dərmanlara reaksiyasını tədqiq etməyə imkan verəcək.