30 oktyabr 2018 20:07
3333

Səbailin yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Bakı şəhəri Səbail rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının sərəncamı ilə bu posta Vüqar Teyyub oğlu Zeynalov təyinat alıb. 

V.Zeylanov 1963-cü ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2008-ci ilin iyun ayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəis təyin edilib. O, yeni təyinatadək bu vəzifədə çalışıb.

Ailəlidir, iki övladı var.