31 oktyabr 2018 19:51
2255

Azərbaycan Dəmir Yollarının sərnişinlərə müraciəti

Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işlərinin başa çatmaması ilə əlaqədar olaraq oktyabrın 19-da verilmiş "Texniki fasilə"nin müddəti noyabrın 2-si saat 00.00-dək uzadılır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu səbəbdən Bakı-Sumqayıt-Bakı elektrik qatarları aşağıdakı hərəkət cədvəli üzrə hərəkət edəcəklər.