01 noyabr 2018 15:40
2302

Tramp miqrantların üzərinə 15 minlik ordu göndərir

ABŞ prezidenti Donald Tramp Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhədə 15 min əsgər göndərəcəyini bildirib.

Azvision.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib ki, heç kimin qanunsuz şəkildə Amerikaya daxil ola bilməyəcək.

Tramp miqrant köçünə şərait yaratdığına görə Latın Amerikası ölkələrinə ayrılan yardımları kəsmək barədə düşündüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan 2 qrupdan ibarət 5 minə yaxın miqrant ABŞ-da sığınacaq tapmaq üçün Meksikadan keçərək Amerika sərhədlərinə doğru irəliləyib.