01 noyabr 2018 18:32
3234

Dardanel boğazı bağlandı?

Türkiyədə Dardanel boğazı gəmilərin hərəkəti üçün qeyri-müəyyən müddətə bağlanıb.

Trend-in məlumatına görə, qərara boğaz üzərində sıx duman səbəb olub.

Dardaneldə gəmilərin hərəkəti yerli vaxtla saat 06:30-dan etibarən dayandırılıb. Boğazın nə vaxt açılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Dardanel boğazı bu ilin mayında gəmilərin hərəkəti üçün bağlanmışdı.