01 noyabr 2018 21:34
3376

Energetiklərə mükafatlar təqdim olunub

Energetika Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2018-ci il 19 oktyabr tarixli Sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən bildirilib ki, energetika naziri Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.

Sonra nazir Energetika Nazirliyinin təltif olunan əməkdaşları - Xalidə Məsimova və İbrahim Ağayevi təbrik edərək, medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.