02 noyabr 2018 00:44
3799

“Müasir Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolu”

Oktyabrın 31-də Azərbaycan Tibb Universitetində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Müasir Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan ATU-nun baş müəllimi, ATU İctimai Nəzarət və Məsləhət Şurasının sədr müavini Aida Bəndəliyeva MQF-nin lahiyəsi və tədbir haqqında iştrakçılara qısa məlumat verərək lahiyəni təqdim etmək üçün sözü Rauf Zeyniyə verdi. Rauf Zeyni tədbirin keçirilməsinə dəstək verdiyinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə və rəhbərlik etdiyi kollektivə dərin minnətdarlığını bildirərək  vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə BMT ilə Axərbaycan hökuməti arasında əməkdaşlıq  memorandumu imzalandı və bu vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Milli Qeyri-Hökumət Təşkilatlarının hərəkatının genişlənməsi, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulması, koordinasiya edilməsi, QHT-lərin dövlət orqanları, media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı və onların qarşılaşdığı problemlərin həllinə yardım etmək məqsədilə yaradılmış, cəmiyyətin tərəqqisinə yönələn müxtəlif proqram və layihələrin reallaşmasında, əhalinin marifləndirilməsində, ümummilli məsələlərlə bağlı ictimai fikrin formalaşmasında, əhəmiyyətli rol oynayır.

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və Şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra “İki sahil” qazetinin Baş redaktoru ATU İctimai Nəzarət və Məsləhət Şurasının üzvü, Mətbuat şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə çıxış edərək son illərdə ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini, ölkə Prezidenti tərəfindən bütün sahələrdə uğurlu islahatlarının aparılmasını, milli mətbuatın inkişafına dövlət tərəfindən dəstəyi verilməsi, vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlərlə əlagədar fikirlərini bildirdi.

 “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, ATU İctimai Nəzarət və Məsləhət Şurasının üzvü Əhməd Abbasbəyli çıxış edərək vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, aparılan islahatlar və onların nəticələri, ictimai nəzarət və şəffaflığın əhəmiyyəti, korrupsiya və rüşfətxorluğa qarşı mübarizə, QHT hökümət münasibəti və İctimai Şuraların fəaliyyəti və digər məsələlərə öz münasibətini bildirdi

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və Şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Rauf Zeyni çıxışının sonunda bildirdi ki, biz bir vətəndaş və vətəndaş cəmiyyəti olaraq bu cür maarifçilik hərəkatlarını davam etdirməli, cəmiyyətimizin inkişafı naminə səfərbər olmalıyıq.

Tədbirin sonunda tədbir iştrakçılarını  maraqlandıran suallar cavablandırıldı.

Esmira Verdiyeva