02 noyabr 2018 16:51
2737

Spikerdən yeni hakimlərə tövsiyə

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov yeni təyin edilən məhkəmə hakimlərinə ədalətli olmağı tövsiyə edib.

O.Əsədov deyib ki, insanlar hakimlərdən razı qalmalıdırlar.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkiapellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsinə baxılıb, layihə səsverməyə çıxarılaraq qəbul olunub.