04 noyabr 2018 17:23
1779

Abşeron rayon sakinləri Hökməli- Qobu yolunda ağac əkiblər

Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində Hökməli –Qobu avtomobil yolunun hər iki istiqamətində təşkil olunan növbəti iməcilik və ağacəkmə aksiyası ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına yönəldilib.
AZƏRTAC xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinləri böyük maraqla iştirak ediblər. Belə ki, Hökməli –Qobu avtomobil yolunun hər iki tərəfində ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və 5 min ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Bütün bunlarla yanaşı, rayonun daxili imkanları hesabına Hökməli –Qobu yolunun sağ və sol hissəsi başdan-başa hasarlanıb, suvanıb, rənglənərək səliqəyə salınıb, dekorativ ağac və gül kolları əkilib.