22 noyabr 2018 15:10
2643

Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi, general-polkovnik İqor Korobov 62 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, İqor Korobov 2016-cı ildə - sələfi İqor Serqunun vəfatından sonra bu vəzifəyə təyin olunmuşdu.

Rusiya Federasiyası Müdafiə Nazirliyindən TASS agentliyinə verilən məlumata görə, İqor Korobov 1985-ci ildən hərbi kəşfiyyatda işləyib, bir çox yüksək dövlət mükafatları ilə təltif olunub.