05 oktyabr 2018 14:01
3379

Dubay 2025-ci ilədək 25 milyon turist cəlb edəcək

Dubayın İcraiyyə Şurasının hazırladığı “Dubai Tourism Strategy” strategiyası 2025-ci ilədək 25 milyon turisti Əmirliklərə cəlb etməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, strategiyaya uyğun olaraq, turist axını 2022-ci ildə 21-23 milyon nəfərdən 2025-ci ilədək 23-25 milyon nəfərədək artacaq.

Dubayın vəliəhdi və Əmirliyin İcraiyyə Şurasının başçısı şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktum bildirib ki, Dubay dünyanın ən çox ziyarət edilən şəhəri olmaq niyyətindədir. Bu məqsədə çatmaqdan ötrü dünyanın hər yerindən səyahətçiləri cəlb edən çoxlu layihə və təşəbbüslər həyata keçiriləcək.

Strategiya çərçivəsində “Yalnız Dubayda” adlı tam turist paketləri, həmçinin “ağıllı” şopinq proqramları, Dubayın biznes və turizm inkişafı mərkəzi kimi cəlbediciliyinin artırılmasına yönələn yeni vasitələr yaradılacaq.