03 noyabr 2017 21:24
997

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artır

Bu ilin yanvar ayından oktyabradək Gürcüstana səfər edənlərin sayına görə Azərbaycan vətəndaşları ilk beşlikdədir.

AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, Azərbaycandan bu ölkəyə təxminən 1 milyon 500 min nəfər səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. Rusiya, Türkiyə və İran da liderlər beşliyinə daxildir.

Qeyd edək ki, on ayda Gürcüstana 6,4 milyondan çox əcnəbi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz çoxdur.