17 aprel 2017 16:25
893

“Post-sovet Azərbaycanında milli-mədəni kimlik”

Aprelin 17- də Bakı Slavyan Universitetində (BSU) "Post-sovet Azərbaycanında milli-mədəni kimlik” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva konfransın gündəliyi və qarşıda duran məsələlər barədə məlumat verib. O, Azərbaycanın müstəqillik dövründə mənəvi dəyərləri bərpa etmək, milli-mədəni kimlik sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində ciddi işlər görüldüyünü diqqətə çatdırıb.

Akademik Teymur Kərimi , BSU-nun professoru Rəhilə Quliyeva və digər çıxış edənlər konfransda tədqiq olunan mövzuların aktuallığını vurğulayıb.

Konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcək.