Menu
  • 22-11-2018
      • Bakı +10+12

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

SİYASƏT

Azərbaycan "Star" nefr emalı zavodu kimi layihələrlə iqtisadi gücünü daha da artırır

21-10-2018 [ 09:24 ] [ oxunub:460 ]
A+ | A-

Azərbaycan "Star" nefr emalı zavodu kimi layihələrlə iqtisadi gücünü daha da artır.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılışına münasibət bildirərkən deyib.

T.Mirkişili qeyd edib ki, Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdədir. Əsasən emal sənayesi və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir:

"Türkiyədə inşası başa çatan "Star" neft email zavodu da bu cür mühüm layihələrdən biridir. 6,3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəyəcək. Zavod Türkiyənin daxili bazarı üçün dizel, təyyarə yanaçağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı və 1,6 milyon ton nafta təşkil edir. "Star" Türkiyənin illik 28,1 milyon tona çatan neft emalı gücünu 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1,5 milyard dollar qənaət etməsinə səbəb olacaq".

Deputat bildirib ki, Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artır: "Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10,4 milyon ton) ödəyə bilir. 2017-ci ildə 24,2 milyon ton dizel istehlak edən Türkiyə xaricdən 7 milyard dollar dəyərində dizel yanacağı idxal edib. Yalnız daxili bazar üçün məhsul istehsal edən "Star" zavodu Türkiyənin neft məhsulları idxalını 36% azaldacaq. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq".

O əlavə edib ki, "Star" neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var. Bu razılaşmalar "Star"ın rəqabət qabiliyyətini daha da artıracaq və fəaliyyətini dayanıqlı edəcək:

"SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil edib. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19,5 milyard dollara çatacaq.
Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış olur".

DİGƏR XƏBƏRLƏR