14 aprel 2018 00:27
1631

İtaliya mətbuatı prezident seçkilərindən yazır

Aprelin 11–də Azərbaycanda keçirilmiş prezident seçkiləri İtaliya mətbuatının geniş diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ölkənin “Agenzia Nova”, “ANSA”, “Agenzia Stampa Italia”, “Agenparl”, “L’Opinione”, “Il Messaggero”, “Report Difesa”, “Notizie Geopolitiche”, “Scenari-internazionali”, “Secolo-Trentino” və sair kimi kütləvi informasiya vasitələrinin məlumatlarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin, jurnalistin səsvermə prosesini izlədiyi və işıqlandırdığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilir. Vurğulanır ki, Prezident İlham Əliyevin inamlı qələbəsi dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasətə Azərbaycan xalqının verdiyi yüksək qiymətdir.