15 dekabr 2017 22:36
795

Rumıniyanın sonuncu Kralı bu ölkənin Azərbaycandakı səfirliyində yad edilib

Rumıniyanın sonuncu Kralı, görkəmli dövlət xadimi Birinci Mihainin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev səfirliyə gələrək Azərbaycan hökuməti adından başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.