19 aprel 2018 16:05
919

Azərbaycanda propilen istehsalı 11,5 faiz artıb

Cari ilin birinci rübündə Azərbaycanda 16,1 min ton propilen (ondan 12,3 min ton əmtəəlik), 29,3 min ton polietilen, 30,1 min ton etilen və 4 milyon 289 min 400 ton izopropil spirti istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il aprelin 1-nə 4,1 min ton propilen, 2,1 min ton polietilen, 2 milyon 721 min 700 ton izopropil spirti və 0,01 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Yanvar-mart aylarında əsas kimya məhsullarından propilen istehsalı 11,5 faiz, etilen istehsalı isə 2,8 faiz artıb.