18 aprel 2018 00:17
989

Bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Sovetski”də aparılan yenidənqurma işləri ilə əlaqədar bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə isə alternativ olaraq Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.