Dağlara sarı uzanan yollar

14 dekabr 2018 23:30
1907

Artıq dağlar diyarı Lerik rayonunun əksər kəndlərinə  müasir səviyyəli, texnoloji ardıclığa  uyğun, dünya standartlardan geri qalmayan  yeni avtomobil yolları çəkilib. Dağlara sarı qalxan Piran- Hamarat-Vıjaker və Noda- Şingədulan- Xanagah  yollarında olan rahatlıq hər şeyə dəyər. Bir-neçə il  bundan qabaq sərt eniş-yoxuşlu dolaylar 3 saata  qət olunurdu. İndi  isə 78 yaşayış məntəqəsini  birləşdirən bu asfalt yollarla mənzil başına çatmaq heç 40 dəqiqə  çəkmir. Həm də Lerikin təbii gözəlliklərə daha bir məftunluq qatır yeni yollar.

Lerikdə yol tikintisi davam edir. Belə ki, Lənkəran- Lerik avtomobil yolu yenidən tikilir. Əlverişli keçən günlərdən səmərəli istifadə edən inşaatçılar yolda can-başla çalışırlar. Onu da bildirim ki, 2005-ci ildə Prezident İlham Əliyev  dağlar diyarına səfəri zamanı ümumi uzunluğu 55 kilometr olan yolu istifadəyə  verməklə onu rayonun yaranmasının 75 illiyinə hədiyyə edir.

13 il fasiləsiz istifadə olunduğu üçün, eləcə də  dağlarda baş verən uçqunlar  nəticəsində yolun bəzi hissələri yararsız hala düşmüşdü. Bu il rayonda  səfərdə olan ölkə başçısı bütün bunları görür və Lənkəran-Lerik  avtomobil  yolunun yenidən  bərpasını   vacib sayır, görüləcək işlərdən ötrü  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,2 (doqquz milyon iki yüz min) manat ayırır.

Yolun yenidən yüksək keyfiyyətlə tikməsinə  xüsusi diqqət yetirilir. Onun aktiv sürüşmə əraziləri nəzərə alınmaqla yatağında bərkitmə işlər görülür və yolda olan sərt döngələr  genişlənir. Burada xeyli ağır texnika işləyir. Buda onu  göstərir ki, yolun tezliklə tikilməsi üçün hər bir imkan yaradılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü