21 noyabr 2017 21:34
509

Mingəçevirdə üçəm qız dünyaya gəlib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında gənc ananın üç övladı dünyaya gəlib.

AZƏRTAC xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1993-cü ildən bəri Mingəçevir şəhərində məskunlaşan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində 10 dəqiqə fasilə ilə doğulub. İlk doğulan qızın çəkisi 1,9 kiloqram olub. Sonrakı uşaq 1,7 kiloqram, üçüncü körpə isə 1,6 kiloqramdır. Üçəmlərin və onların anası, 1987-ci il təvəllüdlü Fəxriyyə Mamedovanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılırlar.

Valideynləri körpələrə Mehriban, Leyla və Arzu adlarını veriblər.

Qeyd edək ki, gənc ailənin üçəmdən əvvəl bir qız övladı da var.