01 fevral 2018 17:15
1665

Siyasi məhbus siyahıları saxtadır

"Azərbaycanda siyasi partiyalar, hüquq-müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır"

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Azərbaycanda sözə, siyasi baxışa görən həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə edirlər. Bəzən 3 nəfərin yanında adı hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bunlara son qoymalıyıq”.