22 yanvar 2018 18:57
842

Kataloniyanın keçmiş rəhbəri həbs oluna bilər

Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon 80 günlük Brüssel səfərindən sonra bu gün səhər saat 8-də Danimarkanın paytaxtı Kopenhagenə gəlib.

Bu səfər onun toxunulmazlığını əlindən ala bilər. Belə ki Avrozonaya daxil olduğu anda İspaniyanın Baş prokurorluğu Ali Məhkəmənin hakimi Pablo Larendən Karles Puçdemonun həbsi barədəki qərarı aktivləşdirməyi xahiş edib. Həbs qərarı aktivləşəcəyi halda Kataloniyanın keçmiş rəhbəri İspaniyaya gətiriləcək və haqqında məhkəmə qərarı tətbiq olunacaq.

Karles Puçdemon Kopenhagenə Danimarka Universitetində konfrans keçirmək üçün gəlib.