16 yanvar 2018 00:46
1046

Hamilə qadınların yaddaşı zəifləyir

Avstraliyanın Dikina universitetinin alimləri müəyyən ediblər ki, hamiləlik qadınların koqnitiv funksiyalarına mənfi təsir edir.

Təqdiqatın nəticələri "Medical Journal of Australia" jurnalında dərc edilib.

Məlum olub ki, hamiləlik dövründə qadınların yaddaşı korlanır. Hamilə qadınlar bir çox hallarda nəyi hara qoyduqlarını xatırlaya bilmirlər. Bununla yanaşı, hamilə qadınlar etiraf edirlər ki, bir çox hallarda söhbət zamanı mövzunu unudurlar, diqqətlərini toplaya bilmirlər.

Bəzi hamilə qadınlar isə, oxumaq üçün belə diqqətlərini toplaya bilmirlər.

Alimlər bu məsələ ilə bağlı 10 il ərzində 20 tədqiqat aparıblar. Ümumi olaraq təcrübədə 1230 qadın iştirak edib. Onlardan 709 hamilə olub.