03 oktyabr 2017 21:02
355

Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru Tevfik Şen vəfat edib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 75 yaşlı aktyor qaraciyər çatışmazlığından əziyyət çəkib.

Qeyd edək ki, T.Şenin kino karyerası 1969-cu ildə çəkildiyi "Dönüşü olmayan yol" filmi ilə başlayıb. Tanınmış türk aktyoru iki yüzə qədər filmdə rol alıb.