27 sentyabr 2017 20:20
454

“Mariya” dünyanın ən böyük teleskoplarından birini zədələdi

Bir müddət əvvəl Karib dənizində tüğyan etmiş “Mariya” qasırğası dünyanın ən böyük teleskoplarından birinə - Puerto-Rikoda yerləşən “Aresibo” teleskopuna ziyan vurub.

Trend-in məlumatına görə, mütəxəssislər qeyd edir ki, qasırğa teleskopu sıradan çıxarmasa da, onun gələcək fəaliyyətini təhlükə altına salıb.

Hazırda teleskopa vurulan ziyanın həcmi araşdırılır. Fəsadların ciddi olacağı təqdirdə rəsədxananın bağlanacağı da istisna olunmur.

Teleskopun ölçüsü 305 metrdir.

Qeyd edək ki, “Mariya” qasırğası sentyabrın 16-da başlamışdı. Puerto-Rikoda böyük dağıntılara səbəb olmuş qasırğa 15 nəfərin həyatına da son qoymuşdu.