25 sentyabr 2017 18:14
494

Krasnodarda kannibal ailəsi saxlanılıb

Rusiyanın Krasnodar şəhərində 30 nəfəri qətlə yetirmiş kannibal ailəsi saxlanılıb.

Təhqiqat Komitəsinin məlumatına görə, ailə üzvləri 1999-cu ildən oğurladıqları insanları öldürüb, bədən hissələrindən qida məhsulu kimi istifadə ediblər.

Kannibal ailə təsadüfən aşkar edilib. Rusiya KİV-lərinin yazdığına görə, Krasnodar şəhərinin küçələrindən birində tapılmış mobil telefonda insan bədəninin hissələri ilə şəkil çəkdirmiş kişi və qadın fotoları aşkar edilib. Onların 30 qətl hadisəsi törətdikləri ehtimal olunur. Onların evindən tapılan insan bədəni hissələrinin DNK analizindən sonra kimə aid olduğu bilinəcək.