22 sentyabr 2017 14:06
468

Xorvatiyanın avrozona arzusu

Xorvatiya hökuməti 2020-ci ildə Avropa valyuta kursları mexanizminə keçmək və Avrozonaya daxil olmaq üçün yaxın həftələrdə kampaniyaya başlayacaq.

Bu barədə ölkənin Baş naziri Andrey Plenkoviç ABŞ-ın Kolumbiya Universitetinin tələbələri qarşısında çıxışı zamanı bildirib.

Baş nazir bildirib ki, Şengen zonasına və avrozonaya daxil olmaq Xorvatiyanın qarşısında duran əsas vəzifələrdir. Başlanmış kampaniya hökumət və Milli Bank tərəfindən aparılacaq.

Hazırda Xorvatiyanın milli valyutası xorvat kunasıdır. Bir avro 7,5 xorvat kunasına bərabərdir. Xorvatiya 2013-cü ildə Avropa İttifaqına daxil olub.