21 sentyabr 2017 15:43
404

Komitə sədri Salyanda vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 29-da Salyan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11.00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Salyan rayonu ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Komitədən bildirilib ki, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin (02121) 5-52-45, (02125) 5-50-98 nömrələri ilə əlaqə saxlaya bilərlər.