20 sentyabr 2017 20:39
253

Komitə sədrinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Masallı rayonunda sentyabrın 21-də nəzərdə tutulan görüşün tarixi dəyişdirilib. Vətəndaşların qəbulu sentyabr ayının 30-da keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.