20 sentyabr 2017 16:11
498

BDU kollektivi Fəxri xiyabanı ziyarət edib

Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, BDU-nun ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əlirza qızı Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.