31 avqust 2017 19:34
845

FHN: Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağı yanır

Fövqəladə Hallar Nazirliyinə (FHN) Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlayıb. Əlavə məlumat veriləcək.