02 yanvar 2017 17:13
616

Pavel Paşayev “Neftçi”nin heyətinə qatılacaq

Milli komandamızın üzvü, Ukraynanın “Stal” klubunun futbolçusu Pavel Paşayev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı müdafiəçi “Neftçi” futbol klubu ilə razılığa gəlib. P.Paşayev Antalyada təlim-məşq toplanışı keçəcək “ağ-qaralar”a qoşulacaq və paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Pavel Paşayev ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq Ukraynanın “Stal” klubuna keçmişdi.