25 may 2017 17:34
194

Misirin hakimiyyət orqanları 21 internet saytını bloklayıblar

Misir KİV-lərinin verdiyi məlumata görə, ölkənin hakimiyyət orqanları 21 internet saytını, o cümlədən Qətərin populyar “Əl-Cəzirə” peyk telekanalının saytını bloklayıblar.

KİV-lərdə yayılan məlumata görə, bu saytların bağlanmasına səbəb onların terrorizmi və ekstremizmi dəstəkləyən kontenti, həmçinin açıq-aşkar yalan informasiya dərc etmələridir.

Maraqlıdır ki, “Əl-Cəzirə”nin Qahirədəki bürosu hələ 2013-cü ildə bağlanıb. Bu telekanalın Misirdən yayımlanması da dayandırılıb. Lakin “Əl-Cəzirə” peyklər və internet vasitəsi ilə Misirdə translyasiyanı davam etdirirdi.

KİV-lərin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmrliklərinin hakimiyyət orqanları da “Əl-Cəzirə” telekanalının və Qətərin digər KİV-lərinin saytlarını bloklayıblar.