25 may 2017 19:49
174

Mosulun qərbində 4 kənd İŞİD-dən azad edilib

Mosulun qərbində 4 kənd İŞİD terror qruplaşmasından azad edilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçulardan təmizlənən Kubbetul Vehbi, Rafik, Rafik əl-Əvvəl və Melihat adlı bu kəndlər və onları bir-birinə bağlayan yol Mosulda strateji əhəmiyyətə malik yerlərdir.

Həmçinin İraqın təhlükəsizlik xidmətinin əməkdaşları həmin bölgədə 200-dən çox dinc vətəndaşı da xilas ediblər.