18 oktyabr 2017 21:00
492

Rusiya dekabrın 1-də Türkiyədən pomidor idxalına başlayacaq

Rusiyanın energetika naziri Aleksandr Novak pomidor idxalına dekabrın 1-də başlamaq barədə Türkiyə tərəfi ilə razılıq əldə olunduğunu bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən tədbirdə çıxış edən Novak Türkiyənin 4 şirkətindən 50 min ton pomidor idxal ediləcəyini deyib.

Rusiya Baş nazirinin köməkçisi Arkadi Dvorkoviç isə öz növbəsində Türkiyədən pomidor idxalının dekabr-aprel aylarını əhatə edəcəyini bildirib.

Aqrar sektordakı inkişafın oktyabrın 21-də Tatarıstanın paytaxtı Kazanda Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasında müzakirə olunacağı gözlənilir.