21 may 2018 22:22
868

Maykl Pompeo: İran Suriyadan bütün qoşunlarını çıxarmalıdır

"İran Suriyadan bütün qoşunlarını çıxarmalıdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bu gün ABŞ-ın İrana dair strategiyasını təqdim edərkən deyib.

Dövlət katibi İranın nüvə razılaşmasının şərtlərini vicdanla yerinə yetirmədiyini və bu səbəbdən ABŞ İranla bağlı strategiyasını Birgə Hərtərfli Fəaliyyət Planının (BHFP) məhdudiyyətlərini nəzərə almadan həyata keçirməyi qərara alıb.