19 iyun 2017 15:57
206

İranlı nazir müavini Azərbaycana gələcək

İranın mədəniyyət və islami irşad nazirinin media məsələləri üzrə müavini Hüseyn İntizami gələn həftə Bakıya səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir müavini Bakıya iyulun 1-də gələcək.

Səfər zamanı nazir müavini Azərbaycan rəsmiləri, media təşkilatlarının rəhbərləri, habelə azərbaycanlı jurnalistlərlə görüşlər keçirəcək.

Nümayəndə heyətinin tərkibinə İranın bir sıra KİV-inin rəhbərləri və nümayəndələri, eləcə də XİN-in keçmiş mətbuat katibi Həmidrza Asəfi daxil olacaq.