13 oktyabr 2017 16:13
606

Yeni Azərbaycan Partiyası zəfərlər partiyasıdır

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının tədbirlər planına əsasən YAP-ın yaradılmasının 25 illik yubileyi münasibətilə dünən Rayon Təhsil şöbəsinin akt zalında təhsil işçilərinin iştirakı ilə “Yeni Azərbaycan Partiyası zəfərlər partiyasıdır” mövzusunda dəyirmi masa” keçirilib.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov partiyanın yaranma tarixi, inkişaf mərhələləri haqqında geniş məlumat verib. Azərbaycanda siyasi qurumların formalaşması prosesinin 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə verdiyini və 1990-cı illərin əvvəllərində bir sıra təşkilatlar yarandığını diqqətə çatdıran H. Bəşirov bildirib ki, yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar: “Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu”.

Sonra YAP Hacıqabul rayon təşkilatının sədr müavini, Hacıqabul rayon Təhsil şöbəsinin müdiri, Rayon Ziyalılar Cəmiyyətinin sədri, Əməkdar müəllim Şükür Məmmədov geniş məruzə ilə çıxış edərək partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, gənclər siyasətindən söhbət açıb.

Taleh Bağırov,

“İki sahil”