21 dekabr 2017 16:13
1469

FİA gənc pilotlar üçün şərtlərini çətinləşdirib

FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) müxtəlif seriyalarında çıxış etmək hüququ qazandıran lisenziyaların verilməsi qaydası və şərtlərinə dəyişikliklər edilib.

Milli.Az xəbər verir ki, gənc pilotlara Gran Prinin gedişatı vaxtı cümə məşqlərində iştirak şərtləri də çətinləşdirilib. Əgər bu şərtlər bir müddət öncə qəbul edilsəydi, Alfonso Seliş (kiçik) Formula 1 bolidini idarə edə bilməyəcəkdi.

Hazırda pilotlar sərbəst yürüşlərdə iştirak ərizəsi vermək üçüb ya Formula 2-də minimum 6 yarışda çıxış etməli, ya da son 3 il ərzində 25 xal toplamalıdır. Əvvəl olduğu kimi, yarışçılar Gran Pridə iştirakdan 180 gün öncəyə qədər testlərdə 300 kilometr qət etməlidirlər.