16 yanvar 2018 18:40
1020

"Beşiktaş" ukraynalı qapıçısını icarəyə verdi

Türkiyənin “Beşiktaş” klubu oyun şansı qazana bilməyən qapıçı Denis Boykonu icarəyə verib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı qolkiper Belçikanın “Brügge” klubunda çıxış edəcək. Onun icarə müddəti haqda məlumat verilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında “Dnepr”dən 3.3 milyon avro qarşılığında transfer edilən qapıçı cəmi 5 oyunda meydana çıxıb.