15 dekabr 2018 00:37
1859

Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq

2019-cu ildə Moskvada Azərbaycanın iki şərab evinin açılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Moskvada keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasında deyib.

Nazir növbəti mərhələdə Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində də Azərbaycan şərab evlərinin açılacağını diqqətə çatdırıb.