17 noyabr 2017 22:30
927

Bolqarıstan Xalq Məclisinin sədri istefa verib

Bolqarıstan Xalq Məclisinin sədri Dimitar Qlavçev istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentə ünvanlanmış bəyanatda bildirilir. İstefanın səbəbi Dimitar Qlavçevin vəzifəsindən sui istifadə edərək Bolqarıstan Sosialist Partiyasının sədri Kornelia Ninovanı və onun müavini Antona Kutevanı parlament iclasından kənarlaşdırması olub.

Bundan sonra Sosialist Partiyasının üzvləri parlament sədrinin vəzifədən istefa verməsini tələb ediblər və bu baş vermədiyi halda onların parlamentdə keçirilən iclaslara qatılmayacaqları bildirilib.