03 iyul 2018 14:58
1265

Səhiyyə Nazirliyi: Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib.