09 iyul 2018 14:51
752

Baş nazir Türkiyəyə gedir

Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Novruz Məmmədov təmsil edəcək

Bu gün Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyəyə səfərə gedəcəyi gözlənilir.

"Report" Habertürk-ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək. 

Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək.