20 sentyabr 2018 19:21
1588

Ukrayna Prezidentindən demokratik seçki vədi

Ukrayna Prezidenti Petro Poroşenko ölkəsində demokratik və şəffaf seçkilərin keçiriləcəyini vəd edib.

AZƏRTAC xəbər verir ki, Ali Radanın sentyabrın 20-də keçirilən iclasında ölkənin daxili və xarici siyasətinə dair illik hesabatı zamanı Ukrayna Prezidenti bildirib ki, növbəti il prezident seçkiləri 2014-cü və 2015-ci illərdə olduğu kimi şəffaf keçiriləcək. “Artıq martın 31-nə az qalıb. Mən bir Prezident kimi azad, demokratik və şəffaf parlament, prezident seçkilərinin keçiriləcəyinə qarant dururam”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Ukrayna Prezidenti qeyd edib ki, bu müddətdə islahatlar davam etdiriləcək.