İnternet sonsuz möcüzələr dünyası kimi görsənir. Kiçik bir düymə uşaqları nağıllar aləminə apardığı kimi, tam təhlükəli yerlərə də apara bilər. Qadağa qoyulmuş, arzuolunmayan məlumat, dələduzluq, virtual hədə - qorxu və şantaj xüsusilə 8 yaşdan 14 yaşa qədər olan uşaqlara güclü təsir göstərir. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Bu gün bir çox sosisal şəbəkələrdə qeydiyyatdan yalnız 14 yaşdan yuxarı uşaqlar keçə bilər lakin artıq birinci sinifdə “Kontaktda” olmamaq dəb hesab olunmur. Hesab olunur ki, 8 yaşdan 13 yaşa qədər olan uşaqların şəbəkəyə qoşulmasına qanun deyil, valideyn nəzarət etməlidir.
Məhz valideyn uşaq üzərində səlahiyyətə sahibdir, eyni zamanda, onların təhlükəsizliyinə və inkişafına məsuliyyət daşıyır.
Mütləq qeyd etmək lazımdır ki, 10 yaşa qədər olan uşaqları şəbəkədən tamamilə aralı tutmaq lazımdır. İlk tədris ilində uşaqlar ətraf mühiti aktiv şəkildə qavrama prosesində olurlar və şəxsiyyət kimi formalaşırlar. Bununla yanaşı, tənqidi düşüncələr mexanizmi hələ formalaşmamış olur. Uşaq daha tez inanan olur və buna görə də internet onların şəxsiyyət kimi formalaşması prosesini ciddi şəkildə poza bilər.
Təhlükəsiz internet orta və yuxarı sinif şagirdlərinə informatika dərsində tədris olunur. Lakin kompyuterdə və ya telefonda oyun oynayan aşağı sinif şagirdlərinə internet dələduzlarının necə ixtiraçı olduqlarını yalnız siz onlara başa sala bilərsiniz.
Uşaq qlobal şəbəkəyə daxil olmaq üçün rəqəmsal vasitəni ələ alan kimi ona şəbəkədə təhlükəsizlik qaydalarına əməl etməyi öyrətmək lazımdır. Siz bunu etməsəniz başqası başqa cür bunu edəcək!
Uşaqlara ətraflı şəkildə potensial təhlükə haqqında məlumat verin. Əgər imkan varsa kompyuteri ümumi otağa yerləşdirin. Çalışın kompyuter arxasında uşaqla bir yerdə vaxt keçirəsiniz: başa salaraq, göstərərək. Uşaqlara aydınlıq gətirin ki, internetdə oxunanaların və görünənlərin heç də hamısı düz deyil.
Kompyuterinizə və bütün mobil vasitələrinizə “Valideyn nəzarəti” funksiyası daşıyan antivirus yükləyin. Bu, onlayn – təhdiddən qorunmağın birinci üsullarından biridir. Belə bir nəzarət sizə necə kömək edəcək?
Qadağa olunmuş saytların blok olunmasına.
Uşağın şəbəkədə olma müddətinin məhdudlaşdırılmasına və nəzarətinə.
Yeni proqramların yüklənməsinin qarşısının alınmasına.
Çatda və sosial şəbəkədə uşağın yazışmalarına nəzarət etməsinə.
Hər gün internetdə minlərlə yeni viruslar meydana çıxır. Buna görə də sistemin yenilənməsi əməliyyatına xüsusilə diqqət yetirin.
Yəgin ki, bir çoxları bizimlə razılaşar ki, uşaqlarımıza nəzarət yetirmək və daim yanında ola bilmək kimi imkanlarımız azdır. Lakin elə bir qayda tədbiq etmək olar ki, iki tərəf də bundan razı qalsın:
Əgər uşağın təhsilinə mane törətmirsə və uşaq günün nizamına riayyət edirsə şəbəkəyə qoşulmağa imkan vermək olar.
Bundan başqa, məktəbdən sonra dərslər yerinə yetirildikdən, təmiz havada gəzdikdən sonra qadjetlərdən istifadə etməyə icazə vermək olar.
Aşağı sinif şagirdlərinə gün ərzində bir saat, orta sinif uşaqlarına isə bir saat yarım sosial şəbəkədən istifadə etmək olar.
Uşaqlarınıza internetdə onlara nəyə icazə verildiyini və nəyə icazə verilmədiyi haqqında ətraflı şəkildə məlumat verin:
Musiqiyə qulaq asmaq, filmə baxmaq, onlayn oyun oynamaq
Sosial şəbəkədən və digər saytlardan qeydiyyatdan keçmək
İcazəsiz musiqi, oyun, kino yükləmək
İnternetdən alış – veriş etmək
Əyləncəli oyunlar oynamaq
Mütəmadi olaraq uşaqdan internetdə gördükləri və elədikləri haqqında məlumat toplayın. Qoyduğunuz qaydaların aktuallığını yoxlayın. Sizin tədbiq elətiyiniz qaydaların uşağın yaşına və inkişafına uyğun gəlib -gəlmədiyinə diqqət yetirin.
Əgər uşağa sosial şəbəkəyə daxil olmaq icazəsi verilibsə, ona ünsiyyət zamanı mədəniyyətə və qaydalara riayyət etməyi xəbərdarlıq etmək lazımdır. Çox zaman uşaqlar və yeniyetmələr kin və təcavüzkarlıqlarını idarə etməyi bacaramadan şərhlərdə hisslərini ifadə edərək mənfi atmosfer yaradırlar.
Övladlarınıza sizin icazəniz olmadan yad insanların məktublarına cavab vermək kimi qayda pozğunluğuna yol verməməyin mütləq olduğunu mütəmadi olaraq xatırladın. Bundan başqa, ünvanı, telefon nömrəsini, bank rekvizitlərini, valideynlərin pasport məlumatları haqqında yazışmaq və nümayiş etdirmək icazəsinin olmadığı barədə xəbərdarlıq edin.
Valideynin uşaqlarla münasibəti – açar faktorlardır hansı ki, virtual aləmdə yeniyetmələrin özlərini aparmaqlarına təsir edir.
Sosial şəbəkədə qeydiyyatdan keçin və uşağınızla kontakt yaradın. Şəbəkədə onlarla ünsiyyət qurmağa zaman ayırın. Uşağın yaxın dostu olun. Təkcə adi həyatda deyil, sosial şəbəkədə də.
İnternetdən asılı olan uşaqların əksəriyyətində pis qiymətlər, yerinə yetirilməmiş ev tapşırıqları, susqunluq, “canlı” ünsiyyətdən imtina etmək, uzağı görməmək baş ağrıları kimi problemlər müşahidə olunur.
Belə olduqda mütəxəssislər sadəcə valideyn nəvazişi və diqqəti məsləhət görürlər. Təhsil ilə aktiv istirahət arasında balansı tapmaq lazımdır. Kompyuterdə oyun bitdi, gəzmək zamandır! Hansı uşaq belə bir alternativdən imtina edər?
İnternet daim inkişaf edəcək. Siz də öyrənməyə hazır olun. Çox güman ki, sizin uşağınızın internetdən öyrəndiklərindən çoxunu siz öyrənə bilməyəcəksiniz. Lakin əgər siz hər zaman “əlinizi nəbzinizdə” saxlamaq istəyirsinizsə, daim onlara yetişməyi bacarmalısınız.
Könül Əliyeva “İki sahil”