25 sentyabr 2018 16:21
1458

Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır.

Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük İslahatları və Modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. Komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir.

Sədr müavini gömrüyün fəaliyyətində dördüncü bir istiqamətin isə "Gömrük-Media" olmasını istədiyini qeyd edib.