25 sentyabr 2018 19:40
2327

"Tufan" nümayiş etdirildi

Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş etdirib.

Zirehli texnika Bakıda keçirilən "ADEX-2018" 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir. Maşının təkər bazası 3820 mm-dir. Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır. 

Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.