16 oktyabr 2018 16:05
1297

Bu il Azərbaycanda 29 milyon ton neft çıxarılıb

Bu il Azərbaycanda 29 milyon ton neft və 14 milyard kubmetrədək əmtəəlik qaz çıxarılıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 28 milyon 994,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 22 milyard 246,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 13 milyard 833,8 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 9 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26 milyard manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 0,2 faiz artıb.

Ölkədə neft istehsalı 0,7 faiz, qaz hasilatı isə 2,4 faiz çoxalıb.