19 oktyabr 2018 17:15
1777

Zakir Həsənov Çexiyada holdinq rəhbərliyi ilə görüşüb

Zakir Həsənov Çexiyada “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - “Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib